Əmək Münasibətlərində Həmkarlar İttifaqının Rolu
By Nərmin Abbasova
08 January 2026
Summary:
Həmkarlar ittifaqları əmək münasibətlərində işçilərlə işəgötürənlər arasında mövcud olan hüquqi və iqtisadi bərabərsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Tarixi inkişaf prosesi göstərir ki, həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində kollektiv sövdələşmə hüququ, təhlükəsiz əmək şəraiti və ədalətli əmək haqqı kimi əsas işçi hüquqları formalaşmışdır. Azərbaycan Respublikasında bu institutun hüquqi əsasları mövcud olsa da, praktiki təsir imkanları məhdud qalmaqdadır. Bu bloq yazısı əmək münasibətlərində həmkarlar ittifaqlarının rolunu tarixi, hüquqi və milli kontekstlərdə qısa şəkildə təhlil edir.
1. Həmkarlar ittifaqı dedikdə nə nəzərdə tutulur?
Əmək münasibətlərində həmkarlar ittifaqının rolunu müəyyən etmək üçün ilk növbədə buanlayışa nəzər salmaq zəruridir. Belə ki, Kembric Universiteti tərəfindən hazırlanmış lüğətəəsasən, həmkarlar ittifaqı dedikdə müəyyən bir iş sahəsində çalışan işçiləri təmsil edərək onlarınhüquqlarını qoruyan, həmçinin onların əmək haqqı və iş şəraitini işəgötürənlərlə müzakirə edənbirlik nəzərdə tutulur. Başqa sözlə, bu birliklər işçilərin ortaq maraqlarının qorunması ilə bağlıişəgötürənlərlə aparılan kollektiv sövdələşmələrin bağlanmasını təmin edir. Bəs əmək haqqı və işşərtlərinin yaxşılaşdırması ilə bağlı əldə edilən sövdələşmələr və razılıqlar əmək münasibətlərinənecə təsir göstərir? Əmək münasibətlərində həmkarlar ittifaqı necə rol oynayır? Bu bloq yazısıverilmiş suallara cavab axtararaq həmkarlar ittifaqının milli reallıqdakı rolunu da özündə əksetdirir.
2. Həmkarlar ittifaqının keçdiyi tarixi inkişaf yolu
Yuxarıda qoyulmuş suallara cavab vermək üçün ilk öncə həmkarlar ittifaqının meydana çıxdığıtarixi reallığa diqqət yetirmək zəruridir. Belə ki, ilk həmkarlar ittifaqlarının yaranma tarixi ilə ilk işçi tətillərinin baş verməsi arasında müəyyən paralellər mövcuddur. 18-ci əsrin ikinci yarısındabaş verən sənayeləşmə inqilabının ilkin dövrlərində işçilərin vəziyyəti kəskin şəkildə dəyişmişdi. Nəticə etibarı ilə işçilər təhlükəli və əlverişsiz iş şəraitində, həftənin bazar günü istisna olmaqla, hər gün 12 saat çalışmaqlarına baxmayaraq, kifayət qədər əmək haqqı ala bilmirdilər. Xüsusilədə, sənayeləşmə inqilabının mərkəzi olan ABŞ və Birləşmiş Krallıq kimi ölkələrdə mövcud olanbelə əlverişsiz iş rejimi ilk işçi tətillərinə və üsyanlarına səbəb olmuşdur. Təsadüfi deyildir ki, ilk qeydə alınan işçi tətili bir çox tarixi mənbələrdə 1768-ci ildə Nyu-Yorkda baş vermiş vədərzilərin maaşlarının azaldılması ilə bağlı etdiyi tətil hesab olunur. Daha sonra da baş vermişişçi tətillərinin nəticəsi olaraq 1794-cü ildə Filadelfiyada Federal Səyahətçi Kordvaynerlər(Pinəçilər) Cəmiyyətinin əsası qoyulmuşdur. Amerikalı işçilər arasında qurulmasına rəğmən bucəmiyyət dünyada təsis edilmiş ilk həmkarlar ittifaqı hesab edilir. Bu cəmiyyətin əsasınınqoyulması hələ həmkarlar ittifaqının işəgötürənlər və dövlət tərəfindən asanlıqla qəbul olunacağımənasına gəlməmişdi. Bunun əsas səbəblərindən biri kimi maddi və insan resursları baxımındangücü ələ keçirmiş kapitalist sahibkarların gücü əldən vermək istəməməsi çıxış etmişdir. Klassikliberalist yanaşmanı öz siyasətində rəhbər tutan dövlət tərəfindən isə yenicə təşkil olunmuşhəmkarlar ittifaqlarının qəbul olunmamasına əsas kimi belə ittifaqların azad bazar iqtisadiyyatına, həmçinin də rəqabətə zərər vura biləcəyi ehtimalı olmuşdur. Məhz busəbəblərdən hələ ilk dövrlərdə, 18-ci əsrin sonu və 19-cu əsrin əvvələrində belə birliklərqanunsuz hesab edilmişdir. Belə birliklərin qanunsuz hesab edilməsinə dair ilkin nümunələrdənbiri kimi Filadelfiya Bələdiyyə Məhkəməsinin 1806-cı ildə “Commonwealth v. Pullis” işi çıxışedərək həmkarlar ittifaqına qarşı təzyiqləri daha da artırmışdır. Bütün sözügedən hadisələrəbaxmayaraq, 19-cu əsrin sonlarında iş yerlərində artan ədalətsizlik halları və işçi istismarlarınəticəsində həmkarlar ittifaqında birləşən işçilərin sayında da artım müşahidə olunmuş vəhəmkarlar ittifaqının gücü də artırmağa başlamışdır. Həmkarlar ittifaqlarında təmsil olunançoxsaylı işçilərin təşkil etdikləri tətillərin məqsədi isə əlverişsiz əmək şəraitinin yaxşılaşdırılmasıidi. Təkcə ABŞ-da 1881-ci ildən 1905-ci ilə kimi həmkarlar ittifaqı tərəfindən 37 000 işçi tətilitəşkil olunmuşdu.
3. Həmkarlar ittifaqlarının mübarizəsinin qanuni nəticələri – ABŞ hüquqi reallığı
Bütün bu iğtişaşlar və həmkarlar ittifaqlarının mübarizəsi isə artıq 20-ci əsrdə öz bəhrəsiniverməyə başlamışdır və 1935-ci ildə ABŞ-da qəbul edilmiş “Milli əmək münasibətləri” Qanunu(digər adı ilə “Vaqner” Qanunu) bu mübarizənin ən bariz uğurlarından biri kimi qəbul edilə bilər. Bu qanunla birlikdə işçilər əmək təşkilatları yaratmaq, onlara qoşulmaq və ya onlarınfəaliyyətinə yardımlar etmək kimi bir sıra mühüm hüquqlar əldə etmişlər. Həmçinin, işçilərin özseçdikləri nümayəndələr vasitəsilə kollektiv sövdələşmələr aparmaq, kollektiv sövdələşmə və yadigər qarşılıqlı yardım və müdafiə məqsədilə razılaşdırılmış fəaliyyətlə məşğul olmaq hüquqlarıda bu qanunda öz əksini tapmışdır. Bu qanunun əhəmiyyətini anlamaq üçün onu da qeyd etməkzəruridir ki, sözügedən normativ aktın qəbulundan öncə işəgötürənlər həmkarlar ittifaqı vəişçilərlə sövdələşmə etməkdən boyun qaçırırdı. Həmçinin, məhkəmələr işçilərin tətil etməkhüququnun təmin edilməsini hüquqa zidd hesab edirdilər.
19-cu əsrdə iş yerlərində geniş vüsət almış diskriminasiya hallarına qarşı da effektiv mübarizəaparmaqda “Vaqner” Qanununun mühüm rolu olmuşdur. Belə ki, bu qanunun qəbul edilməsi ilə20-ci əsrin əvvələrində qadınlar və irqi azlıqlar da öz işçi hüquqları uğrunda mübarizəyəqoşularaq həmkarlar ittifaqlarının ətrafında cəmlənməyə başlamışdırlar ki, bu da diskriminasiyahallarının azalmasına gətirib çıxarmışdır. 1964-cü ildə ABŞ-da qəbul olunmuş və “Vaqner” Qanununun mütərəqqi davamı hesab edilən “Mülki hüquqlar haqqında” Akt da ABŞ ərazisindəyerləşən iş yerlərində, həmçinin həmkarlar ittifaqlarında da diskriminasiyanı qadağan etmişdir.
4. Həmkarlar ittifaqının tarixi mübarizəsindən bugünkü əhəmiyyətinə
Bu gün bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan dövlətlərdə işçi hüquqlarına ciddi qayğıilə yanaşılır. Bir çox ölkələrdə işçilərin iş saatı qanuna müvafiq qaydada həftəlik 40 saatı keçmir, dövlət orqanları iş yerlərində əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılmasına, diskriminasiya, qısnama kimi halların qarşısının alınmasına çalışır. Əldə edilən bütün bu hüquqiuğurları işçi hərəkatının və onun nəticəsində yaranmış həmkarlar ittifaqının böyük uğuru kimiqiymətləndirmək düzgün olar.
Tarixə bir daha nəzər yetirdikdə həmkarlar ittifaqının əmək münasibətlərində vacib rolunugörmək mümkündür. Belə ki, əmək münasibətlərində işçilər və işəgötürənlər mülkimünasibətlərdə olduğu kimi bərabər hüquqlara sahib deyildirlər, başqa sözlə, işçilər hüquqiolaraq daha zəif tərəf hesab olunurlar ki, bu onların istismarına asanlıqla şərait yarada bilir. Çünki maddi və insan kapitalına sahib olan işəgötürənlərdir və bir çox hallarda işçilərişəgötürənlərin verdiyi əmək haqqından asılı vəziyyətdə olurlar. Həmkarlar ittifaqı işçilərin özaralarında birləşməsini, öz hüquqlarının fərqinə varıb üzləşdikləri ədalətsizliklərə qarşı birləşmişmübarizəsini təmin edir. Həmkarlar ittifaqı işçilərin qanuni müdafiəsini təmin edən bir qurumolaraq dövlət tərəfindən deyil, işçilərinin öz təşəbbüsü ilə özünümüdafiə vasitəsi kimi yaradılır. Bu xüsusiyyətlərinə görə həmkarlar ittifaqı demokratik cəmiyyətin effektiv göstəricilərindən birikimi çıxış edir.
5. Milli hüquq reallığında həmkarlar ittifaqının rolu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (1999) həmkarlar ittifaqının hüquqi anlayışıverilməsə də, bu Məcəllə ilə tənzimlənən bir çox hallarda həmkarlar ittifaqı anlayışına rastgəlmək mümkündür. Həmçinin, bununla bağlı ayrıca qanun olan 1994-cü il tarixli “Həmkarlarittifaqları haqqında” qanun da qəbul olunmuşdur. Lakin, təəssüf ki, hələ də Azərbaycanda bir çoxişçilər iş yerlərində ədalətsizliklər və müxtəlif hüquq pozuntuları ilə üzləşirlər. Bu kimi hallaraişçilərin əmək müqaviləsi olmadan fəaliyyət göstərmələri və 8 saatlıq iş vaxtından artıq işləməliolmaları nümunə göstərilə bilər. Belə işçilərin əksəriyyətinin öz işçi hüquqlarını, qanunvericiliyin işəgötürənlərə qoyduğu məhdudiyyətləri bilməməsi Azərbaycanda hələ dəhəmkarlar ittifaqlarının və onların fəaliyyətinin effektiv olmadığını özündə əks etdirir. İşçilərin, həmçinin, öz hüquqları uğrunda mübarizə aparmaq üçün həmkarlar ittifaqlarında birləşməyəmaraqlı olmaması da Azərbaycandakı işəgötürənlərlə sövdələşmə etməyin çətinləşməsində roloynaya bilir.
Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının quruluş formasına ölkənin tarixi də təsiretmişdir. Sovet birliyi dövründə ittifaqların işçilərin maraqlarını təmsil etməsi sadəcə olaraqformallıq olaraq qalmış, bu cür ittifaqlar əsasən dövlətin nəzdində fəaliyyət göstərdikləri üçünmüstəqil mexanizmlər zəif olmuşdur. Müstəqilliyin əldə olunması hüquqi bazanınformalaşmasına çox yaxşı təsir göstərmişdir. Lakin, bu hüquqi bazanın formalaşması nisbətənyeni olduğu üçün sistem hələ də formalaşma və inkişaf dövründədir. Bu səbəbdən, Azərbaycandahəmkarlar ittifaqlarının əmək münasibətlərinin qurulmasında rolunu möhkəmləndirmək üçündaha çox islahatlara ehtiyac var.
6. Nəticə
Nəticə olaraq, həmkarlar ittifaqı işçilərlə işəgötürənlər arasında olan bərabərsizliyi tarazlayanönəmli bir qurum kimi çıxış edir. Tarix boyunca həmkarlar ittifaqının əmək hüquqlarınınəksəriyyətini, o cümlədən məhdud iş saatları, təhlükəsiz əmək şəraiti, ədalətli əmək haqqı vəbaşqa hüquqların məhz həmkarlar ittifaqlarının səyləri nəticəsində formalaşdığı bariz şəkildəgörülüb. ABŞ və Böyük Britaniya kimi ölkələrin həmkarlar ittifaqlarının işçi və işəgötürənlərarasındakı münasibətə positiv təsiri barizdir. Azərbaycanda isə bir sıra obyektiv səbəblərdənhəmkarlar ittifaqının təsiri hələ arzu olunan həddə deyil. Buna görə də, əmək münasibətlərindətəməl olan ədalətin və bərabərliyin təminatı üçün həmkarlar ittifaqlarının müstəqilliyininartırılması və başqa addımların atılması zəruridir.
1. Cambridge Dictionary, “Labor Union”,https://dictionary.cambridge.org/dictionary/english/labor-union
2. History.com Editors, “Labor”, History, https://www.history.com/topics/19th-century/labor
3. Students of History, “Strikes and Labor Unions”,https://www.studentsofhistory.com/strikes-labor-unions
4. Study.com, “What Is a Labor Union? Definition and History”https://study.com/academy/lesson/what-is-a-labor-union-definition-history-quiz.html
5. International Brotherhood of Teamsters, “Civil Rights and the Labor Movement: A Historical Overview” (2021), https://teamster.org/2021/02/civil-rights-and-the-labor-movement-a-historical-overview/
6. U.S. National Archives, “National Labor Relations Act (1935)”,https://www.archives.gov/milestone-documents/national-labor-relations-act
7. Deutsche Welle (DW), “Germany: Bahn and GDL Train Drivers Union Strike Pay Deal,” https://www.dw.com/en/germany-bahn-and-gdl-train-drivers-union-strike-pay-deal/a-6866466
