Əsas məzmuna keçid
Müsabiqənin sonunda auditoriya səhnəsində birlikdə dayanmış mantiyalı iştirakçılar.

Flaqman təşəbbüsADA Hüquq Cəmiyyətiİlk buraxılış · 2026

Xəzər BeynəlxalqHüquq üzrəMəhkəməMüsabiqəsi

Beynəlxalq dəniz hüququADA Universiteti, Bakı11 aprel 2026 – 25 iyul 2026

Yekun Hesabat · 35 səhifə · Azərbaycan dilində · PDF, 2.9 MB

ADA Hüquq Cəmiyyətinin beynəlxalq hüquq üzrə öz məhkəmə müsabiqəsi — ilk buraxılışı dəniz hüququ üzrə keçirildi: aprel ayında qeydiyyatdan 25 iyul 2026-cı ildə ADA Universitetində finala qədər.

Xəzər Beynəlxalq Hüquq üzrə Məhkəmə Müsabiqəsi 2026-cı ildə ADA Hüquq Cəmiyyətinin 2025–2026-cı illər üzrə Heyətinin təşəbbüsü ilə təsis edilmiş və əsas diqqətini beynəlxalq hüquqa yönəldən ilk məhkəmə müsabiqəsidir. Bu müsabiqəni təşkil etmək ideyası təxminən yeddi il əvvəl formalaşmış, həmin dövrdən etibarən müsabiqənin konsepsiyası, məqsədləri və təşkilati modeli üzərində ardıcıl şəkildə işlənmişdir.

Azərbaycanda indiyədək məhz beynəlxalq hüquq üzrə ixtisaslaşmış məhkəmə müsabiqəsinin mövcud olmaması ADA Hüquq Cəmiyyətini bu boşluğu doldurmağa təşviq etdi. Məqsəd yalnız yeni bir müsabiqə təşkil etmək deyil, eyni zamanda ölkədə hüquq təhsilinə yeni istiqamət qazandırmaq və tələbələr üçün fərqli akademik platforma yaratmaq idi.

Müsabiqə birdəfəlik təşəbbüs kimi deyil, uzunmüddətli ənənəyə çevriləcək bir platforma kimi düşünülüb. Qarşıdakı illərdə onun davamlı şəkildə keçirilməsi, iştirakçı və hakim kollektivinin genişləndirilməsi, beynəlxalq universitetlərin və hüquq mütəxəssislərinin cəlb olunması, həmçinin müsabiqənin regionun aparıcı beynəlxalq məhkəmə müsabiqələrindən birinə çevrilməsi əsas hədəflərdəndir.

Ağac panelli auditoriyada ADA yazılı kürsüdən çıxış edən tələbə; arxada qırmızı kreslolarda oturan dinləyicilər.
Auditoriya qarşısında çıxış. Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Müsabiqəsinin final mərhələsi, ADA Universiteti, 25 iyul 2026.ADA Hüquq Cəmiyyəti

2026-cı ilin kazusu

Kazus dəniz hüququnun aktual və mürəkkəb məsələlərini əhatə edirdi: qabarma və çəkilmələrin dəniz sərhədlərinin müəyyən edilməsinə təsiri, arxipelaqların hüquqi statusu, eləcə də bu statusun dövlətlər üçün yaratdığı hüquq və öhdəliklər.

Mübahisənin əsasını Arstotzka dövlətinin Kaltana məxsus T-572 nömrəli sualtı qayığını vurması, buna cavab olaraq isə Kaltanın Arstotzkaya məxsus bir gəmidə axtarış aparması təşkil edirdi. Tərəflər mübahisənin həlli üçün Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala (“ITLOS”) müraciət etmiş, iştirakçılar isə hər iki tərəfin maraqlarını müdafiə edərək UNCLOS-un müddəalarını, beynəlxalq adət hüququnu və beynəlxalq məhkəmə təcrübəsini tətbiq etmişlər.

Hüquqi məsələlər

  1. Qabarma və çəkilmələrin dəniz sərhədlərinin müəyyən edilməsinə təsiri
  2. Arxipelaqların hüquqi statusu
  3. Bu statusun dövlətlər üçün yaratdığı hüquq və öhdəliklər
Mübahisə
ArstotzkaT-572 nömrəli sualtı qayığı vururKaltan
Arstotzkacavab olaraq gəmidə axtarış aparırKaltan

Dəniz Hüququ üzrə Beynəlxalq Tribunal (ITLOS)

01 ·

Qeydiyyat

Müsabiqənin qeydiyyatı 11.04.2026-cı il tarixində açılmış və müxtəlif universitetləri təmsil edən 35 komanda qeydiyyatdan keçmişdir. Qeydiyyat mərhələsində təqdim olunan sualları uğurla cavablandıran 16 komanda konsultasiya mərhələsinə vəsiqə qazanmışdır.

02 ·

Konsultasiya mərhələsi

ADA Hüquq Cəmiyyəti tərəfindən əsası qoyulan, ənənəvi yazılı memorandum və şifahi çıxış mərhələlərindən əvvəl ADA Universitetində keçirilən yeni mərhələ. İştirakçılar kazusun faktları ilə görüş zamanı tanış olmuş, maksimum 25 dəqiqə ərzində müştəri qismində çıxış edən təşkilati komitə üzvünün suallarını cavablandırmış və hüquqi həll yollarını 2 hakimdən ibarət tərkib qarşısında təqdim etmişdir. 12 komanda növbəti mərhələyə keçmişdir.

Noutbuk qoyulmuş masa arxasında oturan üç müsabiqə iştirakçısı.
Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Müsabiqəsinin konsultasiya mərhələsində komanda.ADA Hüquq Cəmiyyəti

03 ·

Onlayn təlim

Kazus elan edildikdən sonra İnci Məmmədli tərəfindən dəniz hüququ mövzusunda onlayn təlim təşkil olunmuş, dəniz hüququnun əsas prinsipləri, beynəlxalq hüquqi çərçivəsi və kazusla əlaqəli hüquqi məsələlər izah edilmiş, təqdimat materialları iştirakçılarla bölüşülmüşdür.

04

Yazılı memorandum mərhələsi

Komandalar həm iddiaçı, həm də cavabdeh tərəf üzrə yazılı memorandumlarını təqdim etmişdir. Hər bir memorandum üç hakimdən ibarət heyət tərəfindən 110 bal üzərindən qiymətləndirilmiş, balların ədədi ortası memorandumun yekun balı kimi qəbul edilmişdir. 8 komanda şifahi mərhələyə vəsiqə qazanmışdır.

05 ·

¼ final

ADA Universitetində keçirilmişdir. Komandalar 3 hakimdən ibarət tərkib qarşısında həm iddiaçı, həm də cavabdeh qismində çıxış etmiş, şifahi və yazılı nəticələrin ədədi ortası əsas götürülmüşdür. 104, 109, 110 və 112 nömrəli komandalar yarımfinala vəsiqə qazanmışdır.

06 ·

Yarımfinal

ADA Universitetində keçirilmişdir. Komandalar püşkatma ilə müəyyən edilmiş yalnız bir mövqedə 3 hakim qarşısında çıxış etmişdir. Milli Aviasiya Akademiyasının 104 və ADA Universitetinin 109 nömrəli komandaları finala yüksəlmişdir.

07 ·

Final

ADA Universitetinin C Large Auditorium zalında beş hakimdən ibarət tərkib qarşısında keçirilmiş, 109 nömrəli komanda cavabdeh, 104 nömrəli komanda isə iddiaçı mövqeyindən çıxış etmişdir. 109 nömrəli komanda 87,2 bal ilə qalib gəlmiş, 104 nömrəli komanda 83,5 bal toplamışdır.

ADA kürsüsündə dayanıb məhkəməyə müraciət edən iştirakçı; bir tərəfdə hakimlər, arxada isə tamaşaçılar.
Ərizəçi tərəfin nümayəndəsi. Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Müsabiqəsinin final mərhələsi, ADA Universiteti, 25 iyul 2026.ADA Hüquq Cəmiyyəti

CILMC Çempion Kuboku

ADA Universitetinin 109 nömrəli komandası ilk Xəzər Beynəlxalq Hüquq üzrə Məhkəmə Müsabiqəsinin qalibi oldu.

109Cavabdeh87.2
104İddiaçı83.5
Rəsmi qara geyimdə dörd iştirakçı və əlində müsabiqə lövhəsi tutan mantiyalı hakim; arxada zalın ekranı.
Mükafatlandırma. Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Müsabiqəsinin final mərhələsi, ADA Universiteti, 25 iyul 2026.ADA Hüquq Cəmiyyəti
  • CILMC Çempion Kuboku

    109 nömrəli komanda · ADA Universiteti

    Alimə Əliyeva, Nigar Məhərrəmova, Ümid Yusifli, Yaqub Rzayev, Fərid Əhmədli, Zeynəb Mirzəzadə

  • İkincilik Kuboku

    104 nömrəli komanda · Milli Aviasiya Akademiyası

    İlahə Səmədova, Həmayıl Sadıqova, Nuray Kərimli, Fatimə Dadaşova

  • Ən Yaxşı Natiq

    Nigar Məhərrəmova · ADA Universiteti

  • Ən Yaxşı İddiaçı Memorandumu

    110 nömrəli komanda · Bakı Dövlət Universiteti və Qarabağ Universiteti

    Camal Rzayev, Ayan Zeynalova, Fəridə Rəşidzadə, Nuray Bağırlı

  • Ən Yaxşı Cavabdeh Memorandumu

    104 nömrəli komanda · Milli Aviasiya Akademiyası

Yarışın finalçıları həmçinin Dövlət Dəniz və Liman Agentliyində və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində təcrübə keçmək imkanı əldə etmişdir.

Hakim kürsüsünün qarşısında dayanmış beş mantiyalı hakim; yuxarıdakı böyük ekranda boş auditoriya.

Finalın hakimləri

  1. Zaur Nağıyev

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində İdarə Heyətinin üzvü; ADA Universitetinin müəllimi

  2. Nişat Rəhimov

    Dövlət Dəniz və Liman Agentliyinin Hüquq bölməsinin rəhbəri

  3. Vilayət Qədirov

    Dövlət Dəniz və Liman Agentliyinin Hüquq məsələləri üzrə direktoru

  4. Kamil Vəliyev

    Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin üzvü və “Dentons” Şirkətinin İdarəedici Partnyoru; ADA Universitetinin müəllimi

  5. Araz Babazadə

    “Prime Light” MMC-də Hüquq və xarici əlaqələr üzrə baş direktor

Kazusun müəllifləri

  • Əkbər Əkbərov

    Dövlət Dəniz və Liman Agentliyi

  • İnci Məmmədli

    Dublin Triniti Kolleci

  • Araz Babazadə

    “Prime Light” MMC

  • Cavidan Hacızadə

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)

  • Tağı İbişov

    Dövlət Dəniz və Liman Agentliyi

Təşkilati komitə, 2025–2026

  • Murad İskəndər

    Prezident

  • Aysel Səlimova

    Vitse-Prezident

  • Nilufər Tağıyeva

    Tədbirlərin təşkili üzrə menecer

  • Qədir Səfərli

    Məhkəmə simulyasiyaları mütəxəssisi

  • Aydan Mehdiyeva

    Məhkəmə simulyasiyalarının təşkilatçısı

  • Salman Hüseynov

    Məhkəmə simulyasiyalarının təşkilatçısı

  • Zəkiyyə Hüseynova

    Koordinator

  • Aytac Zeynalova

    Xəzinədar

Dəstəkçilər

  • ADA Student Services
  • Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)
  • Dövlət Dəniz və Liman Agentliyi

Rəsmi hesabat

Yekun Hesabat

Xəzər Beynəlxalq Hüquq üzrə Məhkəmə Müsabiqəsi

Hər mərhələnin tam təsviri — nəticə cədvəlləri, hakimlər və komandaların öz mülahizələri.

35 səhifə · Azərbaycan dilində · PDF, 2.9 MB

Hesabatda

  1. Müsabiqə haqqındasəh. 6
  2. İlk buraxılışsəh. 7
  3. Konsultasiya mərhələsisəh. 11
  4. Yazılı memorandum mərhələsisəh. 15
  5. ¼ finalsəh. 18
  6. Yarımfinalsəh. 22
  7. Finalsəh. 24
  8. Qaliblərin mülahizələrisəh. 28
  9. Təşkilati Komitədənsəh. 33