Elanlar
ADA Hüquq Cəmiyyəti 2026-cıil ADA Klublar Yarmarkasında
ADA Hüquq Cəmiyyəti 4 sentyabr 2026-cı ildə ADA Universitetinin kampusunda keçirilən Klublar Yarmarkasında öz stendində tələbələrlə görüşdü.

4 sentyabr 2026-cı ildə ADA Hüquq Cəmiyyəti ADA Universitetinin kampusunda keçirilən Klublar Yarmarkasında iştirak etdi. Cəmiyyətin üzvləri stenddə tələbələrlə görüşdü, onlara Cəmiyyətin fəaliyyəti və bu fəaliyyətə necə qoşula biləcəkləri barədə danışdı, Cəmiyyətin kitabçalarını payladı.
Stenddə Cəmiyyətin ADA Universitetindən aldığı iki təltif də nümayiş olunurdu: 2025-ci il Klublar Yarmarkasında “Ən fəal stend” sertifikatı və 2025–2026-cı tədris ili üzrə “İlin klubu” adı.
Fotoqalereya





