Tədbirlər, müsabiqələr və elanlar
Xəbərlər
Cəmiyyətin fəaliyyəti haqqında: seminarlar, məhkəmə müsabiqələri, əməkdaşlıqlar və müvafiq elanlar.

Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Müsabiqəsinin ilk final mərhələsi başa çatdı
Cəmiyyətin təşkil etdiyi Beynəlxalq Dəniz Hüququ üzrə Məhkəmə Müsabiqəsinin final mərhələsi 25 iyul 2026-cı ildə keçirildi və gərgin mübarizə, yüksək hüquqi hazırlıq və peşəkar çıxışlarla yadda qaldı.
Xəbəri oxuyun →

IV Parlamentar Debat Turnirinin final mərhələsi
Həftələrlə davam edən mərhələlərdən sonra Cəmiyyətin IV Parlamentar Debat Turnirinin qalibi 6 dekabr 2025-ci ildə “Momentum” komandası oldu; “Lex Superior” ikinci yeri tutdu.
Xəbəri oxuyun →

Amerika Parlament Debat Turniri: on altı komandadan səkkizə, səkkizdən dördə
2025-ci ilin noyabrında Cəmiyyətin Amerika Parlament Debat Turnirinin birinci mərhələsində 16 komanda yarışdı; səkkizi növbəti mərhələyə keçdi, onlardan dördü isə yarımfinala yüksəldi.
Xəbəri oxuyun →

Jurisquizdence
ADA İntellektual Oyunlar Klubu ilə birgə təşkil olunan və səkkiz komandanın mübarizə apardığı hüquqi intellektual yarış, 5 oktyabr 2024.
Xəbəri oxuyun →

Hüquq tələbələri üçün ilk Debat Turniri
İki təlim, ilkin raundlar, yarımfinal və final: Cəmiyyətin 2024-cü ilin mayında Amerika parlament formatında keçirdiyi ilk debat turniri.
Xəbəri oxuyun →