Seminarlar
The Impact of ClimateChange: Induced Sea-LevelRise on Statehood
Ölkə yox olmağa başlayanda nə baş verir? Trinity College Dublin doktorantı Inji Mammadlinin dəniz səviyyəsinin qalxması və dövlətin ərazisiz mövcud ola bilib-bilməməsi mövzusunda seminarı.
7 may 2026-cı ildə Cəmiyyət ADA Universitetində (A201 auditoriyası) Trinity College Dublin-in beynəlxalq hüquq, iqlim dəyişikliyi və dövlətçilik üzrə ixtisaslaşan doktorantı Inji Mammadlinin seminarını təşkil etdi.
Məruzəçinin tədqiqatları dəniz səviyyəsinin qalxmasının hüquqi nəticələrinə və dövlətin fiziki ərazi olmadan mövcudluğunu davam etdirə bilməsi məsələsinə həsr olunub. O, Beynəlxalq Hüquq Komissiyasının dəniz səviyyəsinin qalxmasına dair işinə töhfə verib və COP29 çərçivəsində iqlim müzakirələrində iştirak edib.